Ərəb Liqası: Qəzzada “ən çirkin” cinayətlər törədilir
Tarix: 29-12-2024 | Saat: 15:25
Bölmə:Özəl | çapa göndər
Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt İsrail ordusunun Qəzza zolağının şimalındakı Kemal Advan xəstəxanasını boşaltmasını və yandırmasını ən sərt ifadələrlə pisləyib və Qəzzada törədilən cinayətlərin "ən çirkin" səviyyəsinə çatdığını bildirib.
Bu barədə Ərəb Liqasının bəyanatında deyilir.
İsrailin səhiyyə müəssisəsini "evakuasiya edib yandırmasını" ən sərt ifadələrlə qınayan Əbu Qayt xəstəxanaya və işçilərinə qarşı edilən hücumları "qeyri-insani" adlandırıb və müharibə qanunu ilə bağlı bütün beynəlxalq normaların pozulduğunu bildirib.
Qəzzada baş verənlərə reaksiya verilməməsinin əsl vicdan rüsvayçılığına çevrildiyini qeyd edən Əbu Qayt, "Uşaqların donaraq öldüyü, tibb işçilərinin yanaraq öldüyü Qəzzada törədilən cinayətlər ən ağır cinayət halına gəldi" dedi.
Əbu Qayt həmçinin vurğulayıb ki, Qəzzada dinc əhalini ölüm və işgəncələrdən qoruya bilməyən beynəlxalq acizlik və susqunluq beynəlxalq humanitar hüquq sisteminin çökməsinə səbəb olacaq.
QƏZZƏNİN ŞİMALINDAKİ KEMAL ADVAN XƏSTƏXANASI XİDMƏTDƏN ÇIXIB
Dekabrın 27-də İsrail ordusu Kemal Advan xəstəxanasını mühasirəyə alıb, tibb heyətini və yaralıları oradan çıxarıb, xəstəxananın bəzi hissələrini yandırıb.
Bəzi mühüm hissələri ciddi şəkildə yanmış və dağılmış xəstəxana yararsız hala düşmüş və xidmətdən çıxmışdır.
Qəzza zolağının şimalında 1973-cü ildə sui-qəsd nəticəsində öldürülən Fəth Mərkəzi Komitəsinin üzvü Kamal Advanın adını daşıyan ən böyük xəstəxana hücumlardan əvvəl 400 mindən çox insana səhiyyə xidməti göstərirdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-12-2024
30-12-2024