Mobil versiya
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında COP29 barədə geniş məlumat verib
Tarix: 14-10-2024 | Saat: 20:16
Bölmə:Siyasət | çapa göndər

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında COP29 barədə geniş məlumat verib

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışında cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə geniş məlumat verib.

Bu barədə aia.az-a MM-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova deyib ki, tədbirə hazırlıq intensiv şəkildə həyata keçirilir. O bildirib ki, texnologiya COP29 Azərbaycan Sədrliyinin baxışında mühüm yer tutur, çünki o, iqlim dəyişikliyinə qarşı qlobal cavabın vacib komponentidir. Texnologiya həm təsirli yumşaltma, həm də uyğunlaşma tədbirlərinin asanlaşdırılmasında həlledici rol oynayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün bir platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim olunacaq.

Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Diqqətə çatdırılıb ki, tərəflər artıq tədbirə hazırlıq prosesinə yekun vurmaq üzrədirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2024