Mobil versiya
Prezidentdən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA
Tarix: 14-10-2024 | Saat: 17:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezidentdən sülh müqaviləsi ilə bağlı

“Hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib”.

aia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.

Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024