Mobil versiya
Səfir: Belçika COP29-da yüksək səviyyədə təmsil olunacaq
Tarix: 14-10-2024 | Saat: 17:39
Bölmə:Siyasət | çapa göndər

Səfir:

Belçika bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29 yüksək səviyyədə təmsil olunacaq.

aia.az xəbər verir ki, bunu Belçikann Azərbaycana yeni təyin olunmuş səfiri Julyen de Frepo Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirib.

O eyni zamanda Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib. Səfir COP29-un enerji keçidi və iqlim dəyişmələri ilə bağlı fəaliyyət göstərən Belçika şirkətlərinin öz imkanlarını və “yaşıl enerji” sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün də bir fürsət olacağını vurğulayıb .

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2024