Mobil versiya
Bu qan qrupundan olanlara ifliclə bağlı XƏBƏRDARLIQ
Tarix: 14-10-2024 | Saat: 18:04
Bölmə:Ölkə | çapa göndər

Bu qan qrupundan olanlara ifliclə bağlı

Bəlli qan qrupuna sahib olan insanların 60 yaşından əvvəl iflic olma riski daha yüksəkdir.

aia.az xəbər verir ki, bununla bağlı 17 min insan üzərində elmi araşdırma aparılıb.

2022-ci ildə aparılan araşdırmada 18-59 yaş aralığındakı şəxslərin göstəriciləri əsas götürülüb.

Tədqiqatın nəticələrinə görə, A (II) qrupunun genetik variasiyası olan insanların 60 yaşından əvvəl iflic olma riski digər qan qrupları ilə müqayisədə 16% daha çoxdur.

Digər tərəfdən, O (I) qrupu gen variasiyası olan insanlarda bu risk 12% daha azdır.

Araşdırmanın aparıcı müəllifi və nevroloq Stiven Kitner A (II) qan qrupunun niyə daha yüksək risk altında olduğunu bilmədiklərini söyləyib. Mütəxəssisin fikrincə, bu vəziyyət qanın laxtalanma faktorları, qan damarlarını örtən hüceyrələr və dövran edən zülallarla bağlı ola bilər.

Gənc fərdlərdə iflic hallarının damarlarda yağ yığılması ilə deyil, laxtalanma ilə əlaqəli olduğu düşünülür.

Bu araşdırma bir daha göstərir ki, A(II) qan qrupu olan insanlar xüsusilə gənc yaşlarda iflic riskini gözardı etməməlidirlər.

Qeyd edək ki, ABŞ-də hər il təxminən 800 min insan iflic olur və bu halların əksəriyyətinə 65 yaşdan yuxarı insanlarda rast gəlinir. 55 yaşdan sonra iflic riski hər 10 ildə 2 dəfə artır. (Ölkə.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024