Mobil versiya
Pezeşkian Tehrandakı səfirliyimizə edilən hücumdan danışdı
Tarix: 14-10-2024 | Saat: 16:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Pezeşkian Tehrandakı səfirliyimizə edilən hücumdan danışdı

"Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi daim diqqət mərkəzindədir".

aia.az İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib.

"Qanuni prosedurlar tam həyata keçirilənə qədər bu məsələni izləyəcəyik", - deyə o, ifadə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik əməkdaşlarına atəş açıb. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərib. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə