Mobil versiya
Tokatda dəhşətli qəza! Fındıq işçilərini daşıyan mikroavtobus aşıb: 20 nəfər xəsarət alıb
Tarix: 04-09-2024 | Saat: 20:21
Bölmə:Özəl | çapa göndər

Tokatda dəhşətli qəza! Fındıq işçilərini daşıyan mikroavtobus aşıb: 20 nəfər xəsarət alıb

Tokatın Niksar mahalında Ordudan Şanlıurfaya gedən mövsümlük fındıq işçilərini daşıyan mikroavtobus aşıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.
Tokatın Niksar rayonunda fındıq işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Ordudan Şanlıurfaya kənd təsərrüfatı işçilərini aparan Cengiz G.-nin idarə etdiyi 02 ABZ 139 nömrə nişanlı mikroavtobus Kayapaşa rayonunda aşıb.

İlkin məlumata görə, qəzada yaralanan 20 nəfər təcili yardım maşınları ilə Niksar Dövlət Xəstəxanasına aparılıb.

Niksar rayon valisi Əkrəm Çeçen AA müxbirinə bildirib ki, fındıq işçilərini daşıyan mikroavtobus rayonun girişində aşıb və yaralananlar arasında uşaqlar da var.

aia.az
Tərcümə söbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-09-2024