Mobil versiya
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi ilə bağlı iddialar əsasını tapmayıb
Tarix: 13-09-2024 | Saat: 17:29
Bölmə:Seçki 2024 | çapa göndər

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi ilə bağlı iddialar əsasını tapmayıb

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında iddialar araşdırılıb.

aia.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərovanın təqdimatına əsasən, dairədən qeydə alınmış namizəd Cahandar İsmayılov bu barədə DSK-nın qərarından şikayət verib.

Araşdırma zamanı müraciətin əsassız olduğu müəyyənləşdirilib, ərizəçinin iddiaları təmin edilməyib. Beləliklə, DSK-nın müvafiq qərarı dəyişdirilmədən saxlanılıb.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, şikayətçi "Cahandar Bayoğlu" adı ilə sosial şəbəkələrdə fəaldır: "Amma araşdırma zamanı onu iştiraka dəvət edəndə bizə heç bir irad bildirmədi".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2024