Mobil versiya
YURİ KİMİN “DAYILIĞI” VƏ 96 İL
Tarix: 06-08-2024 | Saat: 14:00
Bölmə:Qərbi Azərbaycan / Manşet / Özəl / Yazar1 | çapa göndər

YURİ KİMİN “DAYILIĞI” VƏ 96 İL

Ermənilərin “dayısı” həmişə çox olub. Amma bu “dayılar” son anda erməniləri aldadıb aradan elə çıxıblar ki, səsləri okeanın o tayından gəlib. Tarixən bu belə olub və olacaqdır. Çünki erməni başbilənləri olan keşişlər (ermənilər onlara “derder” deyir) bir axmaq ideya naminə 1 milyon ermənini bada verməkdən heç vaxt çəkinməyiblər. Sadəcə həqiqət budur ki, bədbəxt haylar əvvəlcə dederlərin bir yalanını əzbərləyib başlayırlar danışmağa. Bu yalanı o qədər şövqlə danışırlar ki, yalan olduğunu bilə-bilə axırda özləri də öz yalanlarının həqiqət olduğuna inanırlar. Hayların bu yalanından məharətlə istifadə edən fransızlar, ruslar və ingilislər onlara silah, ərzaq kimi şeylər verib salırlar türklərin üzərinə. Əvvəlcə elə dəstək verirlər ki bir iki dəfə qalib də olurlar və həvəslənirlər. Sonda isə “dayı” lar arxalarından çəkilir və haylar qalır yiyəsiz. Elədikləri günahların bədəlini ödədikdən sonra dederlər başlayır sızıldamağa, yazıq görkəm alıb mələşməyə. “Dayı” lara da bu lazımdır da. Ondan sonra “yazıq”, “bədbəxt” haylar 100 ildən bir belə vəziyyətə düşdüyündən buna “erməni xəstəliyi” adı qoyulub. Bir sözlə, Qarabağda burunları əzildiyindən hələ bir yüz il sadəcə sızıldaşma dövrü olacaqdır.
Sızıldaşırlar. Bu sızıltıdan da dediyimiz kimi “dayı”lar məharətlə istifadə edirlər. Okenaın bu tayındakı fransız dayılar bir şey edə bilmədikdən sonra o taydakı ABŞ “dayı” özünə əl qatıb. Ermənilərin qayıtmaq hüququ var deyə-deyə bir arvad yaxasını cırır. Adama deməzlərmi ki, ay Kim xanım, əgər sən belə demokrat, belə insanpərvərsənsə 35 ildir harda itib batmısan? Necə olur ki, bu hüquq ancaq “hay” toplumuna aid olur. Bəyəm başqa xalqların öz yurd-yuvasına qayıtmaq hüququ yoxdurmu? Qərbi Azərbaycan İcması da elə bunu əsas götürərək öz bəyanatında məhz bu məsələyə münasibət bildirərək qeyd edib ki, “ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-ın rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində yanlış mövqedən çıxış etmiş və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol vermişdir. Xanım Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barəsində bir kəlmə də deməmişdir. Bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdir. ABŞ rəsmisinin bu mövqeyi insanların hüquq bərabərliyi prinsipinə ziddir və bölgədə sülh və barışığa mane olur.”

Bəli, sözdə insan hüquqlarından, demokratiyadan, ağızdolusu danışanların demokratiyası elə bura qədərdir.
Icma haqlı olaraq həmin o Kim xanımdan soruşur ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-ın Dövlət katibi Antoni Blinkenə göndərdiyi məktub niyə hələ də cavabsız qalıb? Xanım Kim destruktiv bəyanatlar vermək əvəzinə, birbaşa vəzifə borcu olan həmin məktubun cavablandırılması ilə məşğul olsa yaxşı olmazdımı?
Qərbi Azərbaycan İcması da buna etiraz edir və bildirir ki, “Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bəyan etməklə, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin olunması və onların dağıdılmış mədəni irsinin bərpası məqsədi uğrunda əzmlə davam edəcəyini bildirir. İcma ABŞ hökumətindən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edir və onu Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır”. Bəli, əgər qayıtmaq deyilən bir haqq, bir hüquq varsa hamıya şamil olunmalıdır. Yoxsa ki, haylardan başqa millət yoxmuş kimi davranmaqla dünyanın gözünü demokratiya boyası ilə boyamaqla iş bitməyəcək.
Bir sözlə, Kim xanım haylara “dayılıq” etməklə əslində ABŞ-nin Azərbaycana yönəılik siyasətinin mahiyyətini bir daha ortaya qoymuş olur və bu da nəticədə ABŞ-a olan münasibəti mənfiyə aparır. Doğrudanmı bir ovuc haya görə ABŞ Cənubi Qafqazda ona olan inamı və etibarı itirməyə razıdır? Hələ ki görünən belədir. Amma ki ermənilərin revanş götürməsi mümkün deyildir. Çünki belə bir revanşa ən azı 96 il lazımdır.

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2024