Mobil versiya
Bakı metrosuna iki yeni qatar gətirilib
Tarix: 13-09-2024 | Saat: 16:05
Bölmə:Gündəm | çapa göndər

Bakı metrosuna iki yeni qatar gətirilib

Bakı metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir.

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov qeyd edib ki, bu il ərzində Bakı metropoliteninə bu qatarların əksəriyyətinin, yəni 7 qatarın gətiriləcəyi barədə daha öncə məlumat verilmişdi:

“2 qatar artıq Bakıya çatdırılıb. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat da veriləcək. Qatarlar bir qayda olaraq iki-iki gətirilir. 2 qatarda tənzimləmə sınaq işlərinə müvafiq sənədləşmə prosedurların başa çatdıqdan sonra başlanılacaq. İctimaiyyətə bununla bağlı əlavə məlumatlar da təqdim olunacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2024