Mobil versiya
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili
Tarix: 13-09-2024 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində böyük Zəfərinin ardınca yaranan konfiqurasiya göstərdi ki, 30 il ərzində regionda münaqişələrin həlli üzrə vasitəçilik missiyası ilə pərdələnmiş Qərb əslində Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxırmış. Ölkəmizin cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında beynəlxalq hüququn aliliyini təmin etməsindən sonra Qərb dövlətlərinin, xüsusən ABŞ və Fransanın açıq şəkildə mövcud konfiqurasiyanı qəbul etmək istəməməsi qeyd olunan tezisi bir daha təsdiq edir.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycanın öz qələbələri ilə Qərbin regiona təsir rıçaqlarını heçə endirməsi, həmçinin daha öncədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin şəffaflaşdırılması istiqamətində atılan hüquqi addımlar bu bölgəyə yad ünsürlərin təsir mexanizmlərini və təcavüzkar müdaxilə cəhdlərini mümkünsüz edib:

“Təbii ki, regionda özünün maraqlarını birtərəfli qaydada təmin etmək istəyən Qərb üçün bu konfiqurasiya arzuolunan situasiya hesab olunmur. Bu mənada ölkəmizə qarşı qarayaxma kampaniyaları, həmçinin Azərbaycan əleyhinə müxtəlif platformalarda müşahidə olunan hücumlar məhz cari reallığın inikasıdır. 30 il ərzində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində işğal və təcavüz faktına göz yuman, yaxud məhz bu amilləri əsas gətirərək Ukraynaya və Gürcüstana "dəstək" nümayiş etdirən subyektlərin, təbii ki, bölgədə sülhə, sabitliyə münasibətdə mövqeyi ciddi qəbul edilə bilməz. Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam şəkildə suveren olması məhz bu reallığı qlobal miqyasda qəbul etdirməyə imkan verib. Nəticə etibarilə regionda bərabərhüquqlu əməkdaşlığı istisna edən istənilən mövcudiyyət faktiki olaraq artıq mümkün deyil. Bu isə birmənalı şəkildə çoxsaylı qeyri-konstruktiv cəhdlər fonunda Azərbaycanın bütün təcavüzkar niyyətləri neytrallaşdırması, regionda yalnız milli maraqları ehtiva edən situasiyanın formalaşması deməkdir”.

Mehriban Mirzəzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2024