Mobil versiya
BDU-da Smart Agro Technology layihəsinin bağlanış tədbiri keçirilib -Fotolar
Tarix: 14-09-2024 | Saat: 10:33
Bölmə:Özəl | çapa göndər

BDU-da Smart Agro Technology layihəsinin bağlanış tədbiri keçirilib

13 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən Smart Agro Technology layihəsinin bağlanış mükafatlandırma mərasimi keçirilib.

aia.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanıi Bəxtiyar Paşayev müasir dövrdə innovativ düşüncəli, geniş elmi-texniki biliklərə və yüksək yaradıcılıq qabiliyyətlərinə sahib olmağın vacibliyini gənclərin diqqətinə çatdıraraq onların belə layihələrdə aktiv iştirakını yüksək qiymətləndirdi. Sonra layihə rəhbəri çıxış edərək layihənin gedişatı və görülən işlər haqqında ətraflı məlumat verdi. Tədbirdə universitet rəhbərliyindənhəmçinin iştirak edən qonaqlar öz çıxışlarında bu tip layihələrin müxtəlif universitetlərdən və yaş qruplarına aid gənclərdən ibarət komandalar arasında keçirilməsini müsbət dəyərləndirdilər.
Daha sonra layihə üzrə təlimlərdə iştirak edən iştirakçıların sertifikat, ən fəal iştirakçıların isə diplom və digər hədiyyələrlə mükafatlandırılması həyata keçirildi.
Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

#AzGF #QrantMüsabiqəsi #smartagrotechnology #GenclerFondu #innovation #gənclər



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2024