Siyasi əlaqələr yüksək səviyyədədir
Tarix: 12-10-2026 | Saat: 14:44
Bölmə:Siyasət | çapa göndər

Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlər artıq ayrı-ayrı ikitərəfli layihələrin çərçivəsindən çıxaraq daha geniş regional əməkdaşlıq modelinə doğru inkişaf edir. Azərbaycanın “C6” formatında tamhüquqlu iştirakı isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar açan amillərdən biri kimi qiymətləndirilir. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev keçən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olduğunu xatırladaraq bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarına bir daha təşəkkürünü bildirdi. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Berdiməhəmmədovun rolu xüsusi qeyd edildi. Cənab İlham Əliyev son illər Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini də diqqətə çatdırdı. Bildirdi ki, ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir. Prezident İlham Əliyev çıxışında Mərkəzi Asiya ölkələrinin azad Qarabağda və azad Şərqi Zəngəzurda geniş miqyas alan bərpa-quruculuq işlərinə verdikləri dəstəkdən geniş bəhs etdi. Bu sırada Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisi xüsusi qeyd edildi. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürü kimi dəyərləndirildi. Prezident İlham Əliyev, həmçinin azad edilmiş ərazilərin bərpasında digər qardaş türk dövlətlərinin (Özbəkistan, Qazaxıstan və Qırğızıstan) göstərdiyi dəstəyi və icra etdikləri infrastruktur layihələrini də yüksək qiymətləndirdiyini bildirdi. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Azərbaycan dövləti və xalqı bu dəstəyi çox yüksək qiymətləndirir. Prezident İlham Əliyev çıxışında son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin xeyli genişləndiyini bildirdi. Onu da əlavə etdi ki, siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq. Göründüyü kimi, Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması formatın coğrafi sərhədlərini genişləndirməklə yanaşı, onun gündəliyinə yeni istiqamətlər gətirib. Azərbaycanın 2023-cü və 2024-cü illərdə fəxri qonaq kimi iştirakı, 2025-ci ildə isə tamhüquqlu iştirak barədə qərarın qəbul edilməsi prosesin mərhələli şəkildə inkişaf etdiyini göstərir. Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın gündəliyi nəqliyyat və enerji layihələrindən başlayaraq ticarət, investisiya, ekologiya, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm və humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu çoxşaxəli yanaşma tərəfdaşlığın yalnız cari iqtisadi maraqlara deyil, həm də uzunmüddətli və dayanıqlı əməkdaşlıq prinsiplərinə əsaslanması üçün imkanlar yaradır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər