Mobil versiya
Deputat Qusarda yağışlar nəticəsində yaranmış fəsadlara baxış keçirib, kənd sakinləri ilə görüşüb -Fotolar
Tarix: 12-10-2026 | Saat: 15:29
Bölmə:Manşet / Ölkə | çapa göndər

Deputat Qusarda yağışlar nəticəsində yaranmış fəsadlara baxış keçirib, kənd sakinləri ilə görüşüb

Milli Məclisin deputatı Azər Badamov Qusar rayon
Laza kəndində sel suları və torpaq sürüşmələri nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış oldub, aparılan tikinti-bərpa tədbirlərinin gedişini izləyib.Daha sonra da kənd sakinləri ilə görüşüb.

aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb.

Azər Badamov bildirib ki: "11.10.2026. Laza kəndində sel suları və torpaq sürüşmələri nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olduq, aparılan tikinti-bərpa tədbirlərinin gedişini izlədik və kənd sakinləri ilə görüşdük.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması, yol infrastrukturunun bərpası və gələcəkdə oxşar hadisələrin törədə biləcəyi fəsadların minimuma endirilməsi istiqamətində işlər sürətlə və ardıcıl şəkildə davam etdirilir.

Yağış sularının təhlükəsiz idarə olunmasını təmin etmək məqsədilə yol kənarlarında suötürücü kanallar inşa edilir, mövcud suötürücü borular daha böyük diametrli borularla əvəzlənir. Laza çayı üzərində yeni körpü tikilib, çayın sahillərində isə su axınının tənzimlənməsi, mümkün yeni sürüşmələrin fəsadlarının azaldılması və ərazinin təmizlənməsinin asanlaşdırılması məqsədilə betonlama və digər mühəndis-texniki işlər aparılır.

Eyni zamanda, yolların sürüşmələr nəticəsində zədələnməsinin və torpaq kütlələrinin avtomobil yollarına axmasının qarşısını almaq üçün təhlükəli sahələrdə möhkəmləndirmə tədbirləri görülür, müvafiq hissələr qoruyucu metal torlarla əhatə olunur, zədələnmiş yol örtüyü yenidən asfaltlanır, sürüşmə riski olan ərazilər svaylarla bərkidilir.
Sakinlərlə görüş zamanı onların görülən işlərdən məmnunluqları ifadə olundu. Kənd sakinləri və Lazaya istirahət məqsədilə gələn qonaqlar göstərilən diqqətə və həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Xüsusilə qeyd etmək istəyirəm ki, bazar günü olmasına baxmayaraq, işlərin başında olan yerli icra hakimiyyətinin nümayəndəsinə və tikinti işlərinin icrasına məsul şəxslərə təşəkkürümü bildirirəm. Bu, məsuliyyətli yanaşmanın, işə ciddi münasibətin və vətəndaşların təhlükəsizliyinə verilən önəmin göstəricisidir.

Rayon rəhbərinin işlərin təşkili və icrasına göstərdiyi diqqət, eləcə də aidiyyəti qurumların əlaqəli fəaliyyəti nəzərdə tutulan tədbirlərin keyfiyyətlə və fasiləsiz həyata keçirilməsinə, tikinti-bərpa işlərinin qışın soyuqları düşənədək başa çatdırılması üçün bütün imkanlardan səmərəli istifadə olunmasına şərait yaradacağına əminəm."



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-10-2026