Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 12-10-2026 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Aşağı Tala və Yuxarı Tala kəndlərində olub, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun ailəsini ziyarət edib və Yuxarı Tala kəndində növbəti vətəndaş qəbulunu keçirib.
Şəhid Valeh Bədəlovun ailəsi ilə görüş zamanı qəhrəman şəhidimizin döyüş yolu, Vətən uğrunda göstərdiyi şücaət və fədakarlıqdan bəhs olunub. Şəhid ailəsinin qayğıları və müraciətləri ilə maraqlanılıb, qaldırılan məsələlərin həlli istiqamətində millət vəkilinin səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb.
Daha sonra Yuxarı Tala kəndində keçirilən vətəndaş qəbulunda sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak ediblər.
Sakinlərin müraciətləri əsasən kənddaxili yolların vəziyyəti, elektrik enerjisi təchizatı, içməli su təminatı və digər yerli problemlərlə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, deputatın səlahiyyətləri çərçivəsində həlli mümkün olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.
Qəbul çərçivəsində olunmuş müraciətləri nəzərə alaraq aztəminatlı ailələrə maddi yardım göstərilib.
Görüşlərin sonunda şəhid ailəsinin üzvləri və qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət, vətəndaş amilinin ön planda tutulması, şəhid ailələrinə və sosial dəstəyə ehtiyacı olan şəxslərə göstərilən diqqət cəmiyyətdə dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Vətəndaşların müraciətlərinə həssas yanaşılması, onların problemlərinin həlli istiqamətində göstərilən dəstək bu diqqət və qayğının əməli təzahürüdür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər