Qəpikləri dəyişmək istəyənlərin DİQQƏTİNƏ: Bu qədər faiz tutulur - RƏSMİ
Tarix: 12-10-2026 | Saat: 11:52
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Sosial şəbəkələrdə yayılan videoda vətəndaş uzun müddət ərzində topladığı xırda qəpikləri banka dəyişdirmək üçün apardığını bildirir. Onun sözlərinə görə, bankda metal pulların dəyişdirilməsinin mümkün olduğu, lakin məbləğ 50 manatdan çox olduğu halda 15 faiz komissiya tutulduğu qeyd edilib. Məsələ ilə bağlı yaranan əsas sual isə budur ki, banklarda xırda metal pulların dəyişdirilməsi zamanı komissiya tutulurmu? Əgər tutulursa, 50 manatdan yuxarı məbləğlər üçün 15 faiz komissiyanın tətbiqi hansı qaydalara əsaslanır?
Azərbaycan Banklar Assosiasiyası ABA aia.az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi bankların daxili qaydalarına və qüvvədə olan tariflərinə əsasən, xırda metal pulların, yəni qəpiklərin banka qəbul edilməsi zamanı komissiya tətbiq oluna bilər.
Belə tariflərdən birinə əsasən, gün ərzində 50 manatadək, o cümlədən 50 manat məbləğində qəpiklərin qəbulu komissiyasız həyata keçirilir. Məbləğ 50 manatdan yuxarı olduqda isə 15 faiz komissiya tətbiq edilir. Məsələn, vətəndaş banka 50 manatlıq qəpik təqdim edərsə, bu əməliyyata görə komissiya tutulmur. Lakin qəpiklərin ümumi məbləği 50 manatdan çox olduğu halda, müəyyən edilmiş tarifə uyğun olaraq 15 faiz komissiya tətbiq edilə bilər.
Bununla yanaşı, bu halı bütün banklara şamil etmək düzgün deyil. Qəpiklərin qəbulu və dəyişdirilməsi üzrə komissiyanın tətbiqi bankların daxili qaydaları və qüvvədə olan tarif cədvəlləri ilə müəyyən edilir. Buna görə də 50 manatdan yuxarı məbləğlər üçün 15 faiz komissiyanın tutulması ümumi bank qaydası deyil, bəzi bankların tətbiq etdiyi tarifdir. Yəni sosial şəbəkələrdə səsləndirilən iddianın bəzi bankların tarifləri baxımından doğru olduğu, lakin bunun bütün banklarda eyni qaydada tətbiq edilmədiyi qeyd olunmalıdır.
Aysel Muxtar
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər