Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığında yeni mərhələ
Tarix: 12-10-2026 | Saat: 12:49
Bölmə:Siyasət | çapa göndər

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız malik olduqları resurslarla deyil, həmin resursları regional və qlobal əməkdaşlıq imkanlarına çevirmək bacarığı ilə də ölçülür. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin diqqət çəkdiyi nəqliyyat, enerji və rəqəmsal layihələr Azərbaycanın regionlararası bağlantılarda artan rolunu aydın şəkildə ortaya qoyur. Bu əməkdaşlığın mərkəzində Xəzər dənizi dayanır. Tarixən sahillərində yerləşən ölkələri birləşdirən Xəzər indi yeni iqtisadi marşrutların mühüm həlqəsinə çevrilir. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu Mərkəzi Asiya dövlətlərinin Avropa və digər beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir. Dəniz limanları, avtomobil və dəmir yolları, aeroportlar kimi infrastruktura yatırılan böyük sərmayələr Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Bu siyasətin ən mühüm nəticələrindən biri Orta Dəhlizin mövqelərinin güclənməsidir. Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında bağlantı yaradan bu marşrutun əhəmiyyəti son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz yüksəlib. Bu göstəricilər marşrutun alternativ nəqliyyat xətti olmaqdan çıxaraq beynəlxalq ticarətin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir. Lakin Azərbaycanın yanaşması yalnız mövcud imkanların genişləndirilməsi ilə məhdudlaşmır. Müasir nəqliyyat dəhlizi həm də rəqəmsal bağlantı tələb edir. Bu baxımdan “Rəqəmsal İpək Yolu” layihəsi strateji əhəmiyyət daşıyır. Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər regionun rəqəmsal əlaqələndirilməsinə yeni imkanlar açır. Beləliklə, Xəzər üzərindən yalnız yük və enerji resurslarının deyil, informasiya və rəqəmsal xidmətlərin də hərəkəti üçün yeni infrastruktur formalaşır.
Energetika da bu geoiqtisadi mənzərənin mühüm istiqamətidir. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında getdikcə daha mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi ilə nəqlinin artması qarşılıqlı iqtisadi maraqların dərinləşdiyini göstərir. Eyni zamanda əməkdaşlığın gündəliyinə bərpaolunan enerji də daxil edilir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər gələcəyin enerji sisteminə hesablanmış strateji addımdır.
Burada mühüm məqam ondan ibarətdir ki, nəqliyyat və energetika layihələri artıq bir-birindən təcrid olunmuş sahələr kimi nəzərdən keçirilmir. Onlar vahid regional iqtisadi məkanın formalaşmasına xidmət edir. Yükdaşımaların artması ticarət əlaqələrini genişləndirir, enerji əməkdaşlığı yeni bazarlar yaradır, rəqəmsal infrastruktur isə bütün bu proseslərin çevikliyini təmin edir. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlıq ənənəvi ikitərəfli münasibətlər çərçivəsindən daha geniş məna kəsb edir. Bu prosesdə Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, siyasi sabitliyi və təşəbbüskar diplomatiyası da mühüm amildir. Prezident İlham Əliyevin regional əməkdaşlığa yanaşması ortaq maraqların uzlaşdırılmasına və uzunmüddətli layihələrin reallaşdırılmasına əsaslanır. Azərbaycan artıq yalnız marşrutların üzərində yerləşən ölkə deyil, həmin marşrutların səmərəliliyinin artırılmasında fəal iştirak edən dövlətdir.
Türkmənbaşı görüşünün siyasi əhəmiyyəti də məhz bu kontekstdə daha aydın görünür. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması iqtisadi və nəqliyyat layihələrinin arxasında dayanan siyasi etimadı möhkəmləndirir. Görüşdə imzalanan sənədlər isə əməkdaşlığın gələcək inkişafı üçün daha sistemli çərçivə yaradır.
Nəticə etibarilə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qurulan yeni bağlantılar yalnız bu ölkələrin iqtisadi maraqlarına xidmət etmir. Bu əməkdaşlıq Xəzərin ətrafında yeni iqtisadi fəallıq məkanı yaradır, Şərqlə Qərb arasında əlaqələri möhkəmləndirir və regionun beynəlxalq əhəmiyyətini artırır. Azərbaycanın bu prosesdə fəal mövqeyi Prezident İlham Əliyevin uzaqgörən regional siyasətinin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər