Mobil versiya
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü başladı
Tarix: 12-10-2026 | Saat: 11:40
Bölmə:Siyasət | çapa göndər

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü başladı

Oktyabrın 12-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir. Görüşdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarini ziyarət ediblər.

aia.az xəbər verir ki, tədbirin açılışında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün iştirakçılarına müraciətini oxuyub.

Qeyd edək ki, İkinci Görüşün Azərbaycan Respublikasının TDT-yə sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin Birinci Görüşü 2025-ci il avqustun 20-də Qırğızıstanın Bişkek şəhərində baş tutub. Görüşün yekununda qəbul edilmiş Birgə Bəyannamədə tərəflər əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi sahəsində faydalı və uzunmüddətli qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əzmlərini bir daha təsdiq edib, bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Birgə Bəyannamədə TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün Azərbaycan Respublikasında keçirilməsi qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-10-2026