"Ailənin təzyiqi ilə qızlara dini forma geyindirmək..." - Nizami Cəfərov
Tarix: 12-10-2026 | Saat: 13:26
Bölmə:Təhsil | çapa göndər

"Nazirlər Kabinetinin qərarı çox mühümdür. Ona görə ki, məktəbli forması olmayanda, uşaqlar çox müxtəlif formalarda məktəbə gəlirlər. Bu da istər-istəməz pedaqoji mühiti pozur".
Bunu mətbuata açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, sabiq deputat Nizami Cəfərov deyib. Onun sözlərinə görə, biri varlı, digəri kasıb ailədir:
"Müxtəlif təbəqələr təmsil olunur. Əlbəttə, bu da məktəb üçün normal deyil. Amma məktəbli forması olanda şagirdlər özlərini bir-birinə bərabər hiss edirlər, dərs, təlim və tərbiyə prosesi normal gedir. Biri təntənəli, gözəl paltar geyinib oturub, digəri kasıb formada, belə bir vəziyyətdə necə dərs demək və mənəviyyatdan danışmaq olar? Hansı bərabərliyi demək olar? Uşaqlarda bu yaşlarında ilk növbədə sosial bərabərlik və bir-birinə qarşılıqlı hörmət hissi formalaşmalıdır. Eyni zamanda hicabla, dini paltarla qızların biri və ya ikisi məktəbə gəlir, bu, yerdə qalanlara təsir edir. Və yaxud heç təsir etmir, amma bununla yanaşı münasibətlərdə diskomfort, bir-birindən fərqlənmə meyli yaradır və bu da ciddi problemdir.
Ona görə çox yaxşı olar ki, orta məktəblərdə vahid formadan istifadə olunsun. İndidən ailənin təzyiqi və təsiri ilə qızlara dini forma geyindirmək, məktəbə göndərmək...Onlar bilmirlər ki, bu nə ilə bağlıdır, nə üçün belədir, onun ancaq formal zahiri tərəfini qəbul edirlər. Bu da nəticə etibarilə onların dünya görüşünə təsir edir. Əlbəttə, hər kəs dini ibadətdə azaddır, amma o kəs ki artıq şəxsiyyətdir, o bilir dünyada nə var, nə yoxdur. Onda fərdi olaraq öz ibadəti ilə məşğul olsun, o dinin məsləhət gördüyü bütün ritualları yerinə yetirsin, amma bunun üçün əvvəlcə gərək şəxsiyyət olsun. Əgər balaca bir qız uşağı hicab geyinib velosiped sürürsə, futbol oynayırsa, bu, doğrudan anlaşılmaz bir şeydir. Ona görə də belə hallarda Nazirlər Kabinetinin qərarı yerindədir və bu qərara da əməl etmək lazımdır".
Keçmiş deputat qeyd edib ki, bizdə məktəbli forması geyinməyin 10 illərlə təcrübəsi var: "Çox təəssüf ki, hərdən bu təcrübə ona görə unudulur ki, orta məktəb geyimlərinin hazırlanması, bazara çıxardılması, məktəblərə gəlib çıxmasında problem əmələ gəlir. Yəni, məktəbin özündə yox. Bunlar da qaydaya salınmalı, xüsusi göstərişlər verilməlidir ki, bizim uşaqlarımız yaxşı böyüsünlər, yaxşı təhsil və təlim görsünlər. Dərhal həyatın mürəkkəbliklərinin, ziddiyyətlərinin ümidinə buraxılmasınlar. Bunun üçün də bu qərara əməl etmək lazımdır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər