Mobil versiya
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib -Fotolar
Tarix: 19-01-2026 | Saat: 17:34
Bölmə:Ölkə | çapa göndər

Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) rəhbər heyəti xalqımızın qəhrəmanlıq tarixinin ən müqəddəs məkanlarından biri olan Şəhidlər Xiyabanını ziyarət edib.

aia.az xəbər verir ki, ziyarət zamanı VŞQ rəhbərliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək onların ruhu qarşısında dərin hörmətlərini ifadə ediblər.

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan xalqının qəhrəman övladlarının xatirəsini daim uca tutur, onların göstərdiyi şücaəti gələcək nəsillərə nümunə olaraq təbliğ etməyi milli-mənəvi borc hesab edir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026