20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük
Tarix: 19-01-2026 | Saat: 15:01
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi həm böyük bir milli faciə, həm də azadlıq və müstəqillik uğrunda mübarizənin qanla yazılmış zirvəsidir. Bu hadisə təkcə dinc əhalinin qətliamı deyil, eyni zamanda sovet imperiyasının öz süqutunu sürətləndirən, Azərbaycan xalqının milli iradəsini və dövlətçilik əzmini bütün dünyaya nümayiş etdirən dönüş nöqtəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.”
1980-ci illərin sonlarında SSRİ-də dərinləşən siyasi, iqtisadi və ideoloji böhran milli respublikalarda azadlıq meyillərini gücləndirmişdi. Azərbaycanda isə bu proseslər daha kəskin xarakter almışdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin süni şəkildə alovlandırılması, Moskvanın bu ədalətsizliyə göz yumması və respublika rəhbərliyinin acizliyi xalqın səbr kasasını doldurmuşdu.
Azərbaycan xalqı öz haqqını tələb etmək üçün meydanlara çıxmış, milli azadlıq və suverenlik ideyaları geniş kütlələri əhatə etmişdi. Məhz bu xalq hərəkatı sovet imperiyasını qorxuya saldı. Öz mövcudluğunu yalnız güc və zorakılıq üzərində quran imperiya, Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi.
20 Yanvar gecəsi sovet ordusu dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Qadınlar, uşaqlar, yaşlılar, təcili tibbi yardım maşınları belə atəşə tutuldu. Bu, sovet rejiminin iflas etmiş mahiyyətini, onun insan hüquqlarına və xalqların iradəsinə münasibətini açıq şəkildə ortaya qoydu. Bu hadisə sübut etdi ki, SSRİ artıq nə hüquqi, nə də mənəvi baxımdan mövcudluğunu davam etdirə biləcək gücə malik deyil.
20 Yanvar faciəsinə verilən ən qətiyyətli və prinsipial siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Həmin dövrdə o, rəsmi vəzifə daşımamasına baxmayaraq, böyük siyasi nüfuza malik dövlət xadimi idi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini açıq şəkildə ittiham etdi. Bu, sovet imperiyası şəraitində misilsiz siyasi cəsarət idi. O, bəyan etdi ki, Bakıya qoşun yeridilməsi qanunsuzdur, cinayətdir və Azərbaycan xalqına qarşı yönəlmiş terror aktıdır.
Bu çıxış təkcə 20 Yanvar hadisələrinə münasibət deyil, həm də sovet totalitar sisteminə qarşı açıq siyasi etiraz idi. Heydər Əliyev imperiyanın təzyiqindən çəkinmədən haqqın və ədalətin yanında dayandı. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmadı, əksinə, onu daha da birləşdirdi. Şəhidlərin dəfn mərasimi ümumxalq matəminə və milli birliyin rəmzinə çevrildi. Xalq anladı ki, azadlıq yalnız qurban bahasına əldə edilə bilər. Məhz bu hadisədən sonra müstəqillik ideyası geri dönməz prosesə çevrildi. Azərbaycan xalqı öz taleyini özü müəyyən etmək əzmini bütün dünyaya nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə ilk dəfə dövlət səviyyəsində tam, obyektiv və hüquqi-siyasi qiymət verildi. 1994-cü il martın 29-da Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında qərar qəbul etdi. Bu qərarın təşəbbüskarı məhz Heydər Əliyev oldu. Sənəddə 20 Yanvar faciəsi sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz və ağır cinayət kimi qiymətləndirildi.
Ulu Öndər bu faciəni yalnız matəm günü kimi deyil, həm də milli qürur və qəhrəmanlıq günü kimi dəyərləndirirdi. Onun siyasi iradəsi nəticəsində şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrildi.
20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik yolunu sürətləndirdi. Bu hadisə sübut etdi ki, imperiya tərkibində qalmaq mümkün deyil. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası məhz 20 Yanvar şəhidlərinin qanı bahasına mümkün oldu.
Bu gün müstəqil, suveren Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin amalını yaşadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlətin qurulması, ərazi bütövlüyünün bərpası və Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi həmin tarixi mübarizənin məntiqi nəticəsidir.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm böyük bir faciə, həm də milli oyanışın simvoludur. Ulu Öndər Heydər Əliyevin bu hadisələrə verdiyi siyasi qiymət, sovet imperiyası dövründə nümayiş etdirdiyi cəsarət və hakimiyyətə gəldikdən sonra məsələyə dövlət səviyyəsində yanaşması 20 Yanvarın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Bu tarix Azərbaycan xalqının sarsılmaz iradəsini, azadlıq eşqini və müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirən şanlı və eyni zamanda faciəli bir səhifədir.
Bu gün Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anaraq, onların uğrunda can verdiyi müstəqil dövləti daha da gücləndirir. 20 Yanvar – həm matəm, həm də milli qürur günüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2026