Mobil versiya
Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ
Tarix: 19-01-2026 | Saat: 15:45
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda çovğun olacaq -

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın minimal temperaturunun yanvarın 19-dan 20-nə keçən gecə 0 dərəcəyə yaxın, 21-22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısamüddətli çovğun olacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var.

Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.

Ölkə ərazisində, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026