Mobil versiya
Su çiçəyinə yoluxmada artım olub
Tarix: 19-01-2026 | Saat: 14:57
Bölmə:Ölkə / Karusel | çapa göndər

Su çiçəyinə yoluxmada artım olub

Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində su çiçəyinə yoluxmada artım müşahidə olunub.

aia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən dövrdə həm də brusellyoz, kəskin hepatit B, qoturluq ilə xəstələnmə hallarında da artım olub.

Ötən il qeydə alınmış xəstəliklər sırasında tənəffüs orqanları, həzm orqanları, qan dövranı sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatı xəstəlikləri, sinir sistemi xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanları xəstəlikləri üstünlük təşkil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026