İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib
Tarix: 19-01-2026 | Saat: 17:11
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2025-ci ilin dekabr ayı üzrə internet sürət göstəricilərini dərc edib.
aia.az xəbər verir ki, İKTA 2025-ci ilin Dekabr ayı üçün Azərbaycan üzrə Sabit Genişzolaqlı İnternet Xidmәtlәri üzrә Tәhlil (“Speedtest Intelligence” məlumatları əsasında) Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Ötən ay olduğu kimi təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasında hazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti (Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərin müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks olunan provayderlərin median internet sürətinə əsasən üç kateqoriyaya bölünüb:
Yüksək Sürət — 90+ Mbps
Yüksək sürət təqdim edən provayderlər.
Orta Sürət — 50–89 Mbps
Orta sürət təqdim edən provayderlər.
Aşağı Sürət — 1–49 Mbps
Aşağı sürət təqdim edən provayderlər.
Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın, qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir. Kateqoriyalar OOKLA Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindən təsnif edilərək təqdim olunub.
“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı və tam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTA tərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla” tərəfindən qeydə alınan bütün provayderlər əhatə olunub.
Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü (Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilən sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet performansının inkişaf dinamikasının daha aydın görülməsinə imkan yaradır.
İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modeli tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmət göstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçıların internet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.
Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini və analitik monitorinqin genişləndirilməsini planlaşdırır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2026