Mobil versiya
Zelenski: ABŞ-nin hazırladığı sənəd layiqli sülhü təmin edəcək plan olmalıdır
Tarix: 21-11-2025 | Saat: 17:20
Bölmə:Dünya | çapa göndər

Zelenski:

Ukraynaya, bütün xalqımıza prinsipial dəstəyinizə görə təşəkkür edirik.

aia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kier Starmer və Almaniya Kansleri Fridrix Mertzlə birgə telefon danışığına dair açıqlamasında bildirib.

O, Fransa, Britaniya və Almaniya liderləri ilə Ukrayna və bütün Avropa üçün sülh planını müzakirə etdiklərini vurğulayıb.

“ABŞ, Prezident Tramp və onun komandasının bu müharibəni bitirmək səylərini qiymətləndiririk. Amerika tərəfinin hazırladığı sənəd üzərində işləyirik. Bu, real, layiqli sülhü təmin edəcək plan olmalıdır. Biz əsas mövqelərimizin nəzərə alınmasını təmin etmək üçün yaxından koordinasiyalı şəkildə işləyirik. Növbəti addımlarımızı koordinasiya etdik və komandalarımız aidiyyəti üzrə birlikdə işləyəcək”, - Zelenski qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025