Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib -Fotolar
Tarix: 21-11-2025 | Saat: 16:15
Bölmə:Parlament | çapa göndər

Noyabrın 21-də Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çəkməköy Bələdiyyəsinin sədri Orhan Çerkezin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri,Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, dövlət başçıları arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə yüksələn xətt üzrə inkişafına şərait yaradır. Qeyd olunub ki, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu parlamentin ən çox üzvə malik işçi qrupudur və parlament spikerlərinin qarşılıqlı səfərlərinin intensivliyi parlamentlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə və qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişlənməsinə zəmin yaradır.
Çəkməköy Bələdiyyəsinin sədri Orhan Çerkez iki ölkə arasında mövcud olan dostluğun dərin tarixi köklərə malik olduğunu vurğulayaraq, bu münasibətlərin əsrlər boyu formalaşmış qarşılıqlı hörmət, etimad və həmrəylik üzərində qurulduğunu bildirib. O, tarixi bağlara söykənən bu sarsılmaz dostluğun bu gün də həm dövlətlərarası, həm də parlamentlərarası əməkdaşlığın daha da inkişaf etməsinə güclü əsas yaratdığını söyləyib.
Görüşdə parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək dövlətlərimiz arasındakı dostluq münasibətlərinin tarixi barədə fikirlərini bölüşüb.
Tədbirdə Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Eldar Quliyev, Tənzilə Rüstəmxanlı, Ağalar Vəliyev, Heydər Əsədov, Cavanşir Paşazadə, Cavanşir Feyziyev, Əlibala Məhərrəmzadə və Çəkməköy Bələdiyyəsinin Məclis üzvləri iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər