Mobil versiya
Zəngilanda YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 21-11-2025 | Saat: 15:31
Bölmə:Ölkə | çapa göndər

Zəngilanda YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

21 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi sabitlik xəttində 33 illik imza” adlı tədbir keçirilib.

ai.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxışında tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik edib. O, vurğulayıb ki, “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Vətən müharibəsində 30 illik işğala son qoyulması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün və qüdrətinin ifadəsidir”.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və məsuliyyətli tarixi yoldan danışıb. Qeyd edib ki, bu gün müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə uğurlar qazanıb. Müasir müstəqil Azərbaycanın bugünkü iqtisadi inkişafı, sabitliyi, qüdrətli orduya malik olması, regionda aparıcı dövlətə çevrilməsi, dünyada söz sahibi olması məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə edilmişdir.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən üzvlərə fəxri fərman təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə yekunlaşıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025