Mobil versiya
Tovuzda YAP-ın yaranmasının 33-cü il dönümü qeyd edilib. -Fotolar
Tarix: 21-11-2025 | Saat: 18:02
Bölmə:Ölkə | çapa göndər

Tovuzda YAP-ın yaranmasının 33-cü il dönümü qeyd edilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə “YAP-ın 33-cü İldönümü: Dövlətçilik, Birlik, Zəfər və İnkişaf” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər. Tədbirdə dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin eləcədə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov YAP-ın 33 illik fəaliyyət yolundan danışaraq bildirib ki, partiyanın yarandığı müddət ərzində Azərbaycan möhkəmlənmə, qüdrətlənmə və inkişaf dövrünü yaşamışdır. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası siyasi mübarizə meydanında bu illər ərzində liderliyini qoruyub və dövlətçiliyimizin möhkəmlənməsinə əvəzsiz töhfələr verib.

Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin çətin tarixi şəraitdə yaratdığı partiyanın qısa müddətdə xalqın böyük etimadını qazanaraq hakimiyyətə gəlməsinin dövlətçilik baxımından dönüş nöqtəsi olduğunu deyib. Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Məmməd Məmmədov çıxışında həmçinin Vətən müharibəsində qazanılan Qələbənin xalq–dövlət birliyinin, inamın və siyasi iradənin nəticəsi olduğunu vurğulayaraq bildirib ki, qarşıda duran əsas hədəf azad edilmiş torpaqlarda quruculuq işlərinə dəstək vermək və Zəfəri daha da möhkəmləndirməkdir.
Sonda tədbir iştirakçılarını YAP-ın 33-cü ildönümü münasibətilə təbrik edərək ölkəyə sülh və firavanlıq arzulayıb.

Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü münasibətilə iştirakçıları səmimi-qəlbdən təbrik edib və partiyanın keçdiyi inkişaf yolunun Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, YAP-ın təsis olunması Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdışının ən mühüm mərhələsi idi. Ulu Öndər Yeni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinə götürərək milli həmrəyliyin, siyasi sabitliyin və müasir dövlət quruculuğunun ideoloji əsaslarını müəyyənləşdirdi. Bu sayədə YAP qısa müddətdə xalqın etimadını qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.
Nihad Pənahov vurğulayıb ki, YAP-ın fəaliyyəti Azərbaycanın inkişaf salnaməsinin ayrılmaz hissəsi olaraq demokratik institutların formalaşmasına, iqtisadi islahatların həyata keçirilməsinə və siyasi sabitliyin təmin olunmasına xidmət edib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın yenilənməsi, təşkilati güclənməsi və ümumxalq partiyası statusunun möhkəmləndirilməsi yeni inkişaf mərhələsini müəyyən edib.
O, YAP-ın Vətən müharibəsindəki roluna da toxunaraq qeyd edib ki, 2020-ci ildə əldə olunan tarixi Zəfər partiyanın milli siyasi iradənin ifadəsi kimi möhkəm dayanışmasının və xalqla hakimiyyətin birliyinin bariz nümunəsi olub. Həmçinin, 2021-ci il VII qurultayında qəbul olunmuş qərarların partiyanın fəaliyyətində əhəmiyyətli dəyişikliklər yaratdığı və Mehriban xanım Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyinatının YAP-ın fəaliyyətinə güclü təsir etdiyi bildirilib.
Sonda Nihad Pənahov partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, Qarabağın Böyük Qayıdış proqramının uğurla icrası və xalqın rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini vurğulayıb, bütün partiya üzvlərini və dəstəkçiləri bir daha təbrik edib, onlara sağlamlıq və uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Tovuz-Qazax Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin siyasi və ictimai həyatında oynadığı mühüm rolu vurğulayıb. O bildirib ki, YAP yalnız siyasi təşkilat olmaqla qalmayıb, həm də milli ideologiyanın formalaşması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və təhsilin inkişafı istiqamətində əvəzsiz töhfələr verib.
Vüqar Dadaşov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə siyasi sabitliyi təmin etmiş, demokratik institutların möhkəmlənməsinə və sosial islahatların həyata keçirilməsinə təkan vermişdir. O, partiyanın fəaliyyətinin yalnız hökumət və dövlət strukturlarında deyil, eyni zamanda bölgələrdə təhsil, sosial-mədəniyyət və ictimai həyatda da hiss olunduğunu vurğulayıb.
Təhsil sahəsində YAP-ın dəstəyinin əhəmiyyətinə toxunan Vüqar Dadaşov bildirib ki, partiyanın təşəbbüsləri sayəsində gənclərimizin təhsil imkanları genişlənir, peşəkar vətəndaşların yetişdirilməsi təmin olunur, milli həmrəyliyin və vətənpərvərliyin gücləndirilməsinə xidmət edir. O əlavə edib ki, YAP-ın uğurlu fəaliyyəti, aparıcı ideoloji və təşkilati mövqeyi gənc nəsillərə nümunə olmaqla Azərbaycanın gələcək inkişafına təminat verir.
Sonda Vüqar Dadaşov partiyanın üzvlərini ölkəmizin inkişafı, dövlətçilik prinsiplərinin qorunması və milli maraqların müdafiəsi istiqamətində fəaliyyətlərini daha da artırmağa çağırıb, YAP-ın 33-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirdə çıxış edən Tovuz Peşə Təhsil Mərkəzi PHŞ-in direktoru Nicat Göyüşov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ağır və çətin günlərində xalqın müdrik övladı Heydər Əliyevin rəhbərliyi ilə yaranmışdır. O vurğulayıb ki, partiyanın 33 illik fəaliyyəti Azərbaycanın siyasi sabitliyinin təminatçısı, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir. Nicat Göyüşov hamını YAP-ın 33-cü ildönümü münasibətilə təbrik edib, xalqımıza uğurlar və firavan günlər arzulayıb.
Tədbirdə çıxış edənlər partiya fəalı Fərmayıl Cəfərov və gənc partiya üzvü İlkin Hüseynov çıxış etmişlər. F. Cəfərov Yeni Azərbaycan Partiyasının tarixi nailiyyətlərini, ölkəmizin müstəqilliyinin qorunmasında rolunu və keçmişdən gələn məsuliyyəti vurğulayıb. O, partiyanın uğurlarını və gənclərin fəallığını xüsusi qeyd edərək hamını bir daha YAP-ın 33-cü ildönümü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
İlkin Hüseynov çıxışında partiyanın tarixi zəngin nailiyyətlər və mühüm uğurlarla dolu olduğunu qeyd edib. O vurğulayıb ki, gənclər Yeni Azərbaycan Partiyasının sıralarında fəal iştirak edir, rayonun ictimai-siyasi həyatında öz töhfəsini verir və partiyanın uğurlarını daha da möhkəmləndirmək üçün böyük məsuliyyət daşıyır. O, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqəti yüksək qiymətləndirərək, partiyanın və dövlətin gənclərin qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcəyini bildirib. Sonda isə hamını partiyanın ildönümü münasibətilə təbrik edib və YAP-ın gələcək uğurlarına inamını ifadə edib.
Tədbirdə bir qrup partiya veteranlarına və fəallarına qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuş, partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Sonda xatirə şəkili çəkilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025