Ana Sayfa > Dünya > Zelenski:
Zelenski:Bu gün, 17:20. Yazar: sevinc1 |
![]() Ukraynaya, bütün xalqımıza prinsipial dəstəyinizə görə təşəkkür edirik. aia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kier Starmer və Almaniya Kansleri Fridrix Mertzlə birgə telefon danışığına dair açıqlamasında bildirib. O, Fransa, Britaniya və Almaniya liderləri ilə Ukrayna və bütün Avropa üçün sülh planını müzakirə etdiklərini vurğulayıb. “ABŞ, Prezident Tramp və onun komandasının bu müharibəni bitirmək səylərini qiymətləndiririk. Amerika tərəfinin hazırladığı sənəd üzərində işləyirik. Bu, real, layiqli sülhü təmin edəcək plan olmalıdır. Biz əsas mövqelərimizin nəzərə alınmasını təmin etmək üçün yaxından koordinasiyalı şəkildə işləyirik. Növbəti addımlarımızı koordinasiya etdik və komandalarımız aidiyyəti üzrə birlikdə işləyəcək”, - Zelenski qeyd edib. aia.az Geri dön |