Regionlarda yeni həyat ritmi yaranıb
Tarix: 15-11-2025 | Saat: 10:40
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu təsdiqləyir ki, ölkə rəhbərliyinin ardıcıl və sistemli siyasəti nəticəsində regionların siması köklü surətdə dəyişib. Cənab Prezident İlham Əliyevin noyabrın 12-də yeni rəhbər vəzifələrə təyin olunmuş şəxslərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər, əslində, bu uğurların strateji istiqamətlərini bir daha ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycanın bölgələrində əsas infrastruktur layihələri demək olar ki, tamamlanıb. Elektrik enerjisi, qaz, içməli su, yol və sosial obyektlərin tikintisi nəticəsində regionlarda yeni həyat ritmi yaranıb. Artıq kəndlərdə elektrik təchizatı sabitləşib, şəhərlərarası və kənd yolları müasir standartlara uyğun şəkildə yenilənib. Hər bir bölgədə məktəblər, xəstəxanalar, idman kompleksləri fəaliyyət göstərir. Bütün bunlar dövlətin regionların sosial-iqtisadi inkişafına yönəlik siyasətinin ardıcıl həyata keçirilməsinin nəticəsidir. Dövlət başçısının “Azərbaycanın bütün bölgələrində bu məsələlər öz həllini tapır” fikri təsadüfi deyil. Bu gün infrastrukturun yenilənməsi təkcə iqtisadi deyil, həm də sosial ədalətin təmin olunması, vətəndaşların bərabər imkanlara sahib olması deməkdir.
Cənab Prezidentin çıxışında vurğulandığı kimi, bölgələrdə iş yerlərinin yaradılması, sahibkarların dəstəklənməsi və özünüməşğulluq proqramlarının genişləndirilməsi dövlətin əsas prioritetidir. Dövlətin yaratdığı bu şərait nəticəsində kənd təsərrüfatı, sənaye və turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Kəndlərdən şəhərlərə miqrasiyanın azaldılması, regionlarda iqtisadi fəallığın artması və yerli istehsalın güclənməsi məhz bu siyasətin məntiqi nəticəsidir. Eyni zamanda, dövlət başçısının xüsusi qeyd etdiyi kimi, “məmurların vəzifəsi sahibkarı incitmək deyil, ona kömək etməkdir”. Bu yanaşma dövlətlə biznes arasında yeni münasibət mədəniyyətini formalaşdırıb, iqtisadi islahatlara ictimai dəstəyi daha da artırıb. Azərbaycanın hər bir bölgəsində bu gün görülən işlər – yaradılan sənaye zonaları, aqroparklar, logistika mərkəzləri, turizm marşrutları – Ölkə Prezidentinin uzaqgörən regional siyasətinin bariz göstəricisidir. Beləliklə, ölkənin iqtisadi xəritəsi balanslı şəkildə formalaşır, paytaxtla regionlar arasında fərqlər tədricən azalır. Cənab Prezident İlham Əliyevin çıxışında toxunduğu mühüm istiqamətlərdən biri də ekologiya və ətraf mühitin qorunması məsələsidir. Dövlət başçısının “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi bu sahədə görülən işlərin mahiyyətini ən aydın şəkildə ifadə edir. Bakı və Sumqayıt kimi şəhərlərin ekoloji baxımdan bərpa olunması, parkların salınması, çirklənmiş ərazilərin rekultivasiyası artıq beynəlxalq səviyyədə də təqdir olunur. İndi bu təcrübə bölgələrdə də tətbiq edilir – çayların məcrasının qorunması, təbiətin balansının saxlanması və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində konkret tədbirlər həyata keçirilir. Bu, həm də yeni düşüncə tərzinin nəticəsidir: iqtisadi inkişaf ekoloji tarazlıqla uzlaşmalıdır. Son illərdə aparılan abadlıq və yaşıllaşdırma işləri göstərir ki, regionlar yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan sağlam mühitə çevrilir. Doqquz beynəlxalq hava limanı, yenilənmiş dəmir yolları, müasir magistrallar, enerji və su infrastrukturu – bütün bunlar Azərbaycanın bölgələrini qlobal standartlara uyğunlaşdıran nəhəng bir yenilənmə prosesidir. Əslində, cənab Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi çağırış sadə, lakin çox dərin məna daşıyır: məmurlar xalqa xidmət etməli, insanlar isə bu xidmətin real nəticəsini gündəlik həyatlarında hiss etməlidirlər.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2025
14-11-2025