Mobil versiya
Təyyarə qəzası ilə bağlı Türkiyə MN-dən daha bir açıqlama
Tarix: 15-11-2025 | Saat: 09:57
Bölmə:Gündəm | çapa göndər

Təyyarə qəzası ilə bağlı Türkiyə MN-dən daha bir

Türkiyəli mütəxəssislərindən ibarət qrup Gürcüstanda qəzaya uğramış C-130 hərbi təyyarəsinin qalıqlarını araşdıraraq işləri davam etdirir.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Ankara bundan əvvəl 20 hərbçinin həyatına son qoyan faciənin səbəblərini ətraflı araşdırmaq üçün Gürcüstana 46 ekspertdən ibarət qrupun göndərildiyini elan etmişdi.

Qəza yerindən ekspertlərin hesabatı və “qara qutu”nun deşifrəsinin nəticələri baş verənlər barədə tam təsəvvür yaratmağa imkan verəcək.

Türkiyə hakimiyyəti qəza ilə bağlı yalnız rəsmi strukturların məlumatlarına istinad etməyə çağırış edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2025