Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlıq qlobal strateji əhəmiyyət kəsb edir”
Tarix: 15-11-2025 | Saat: 09:53
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlıq qlobal strateji əhəmiyyət kəsb edir”

“Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin dövlət başçıları səviyyəsində mövcud olan fəal siyasi dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır. O cümlədən Azərbaycan və Özbəkistan arasında tarixi və mədəni əlaqələr, ortaq köklər və mənəvi dəyərlər əsasında qurulmuş münasibətlər regionda nümunəvi tərəfdaşlıq modeli kimi artıq çoxdan özünü təsdiqləyib. Ölkə Prezidenti cənab İlham Əliyev Özbəkistanın UzA agentliyinə verdiyi müsahibəsində də vurğuladı ki, bu əlaqələr qardaş xalqlarımızın əsrlər boyu formalaşmış dostluğuna söykənir. Hər iki ölkənin dövlət başçıları arasında şəxsi etimad əlaqələri münasibətlərin möhkəmliyini göstərir. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Qarabağın bərpasına verdiyi töhfələr isə bu münasibətlərin həm simvolik, həm də praktiki tərəfini təsdiqləyir.”

Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.

Daha sonra deputat ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın yüksə dinamikasından və perspektivlərindən bəhs edib: “Özbəkistanın Azərbaycandakı investisiyaları, ticarət dövriyyəsinin sürətlə artması və birgə müəssisələrin yaradılması qarşılıqlı faydalı iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Xüsusilə Xankəndidə açılan tikiş fabriki dostluq və qardaşlıq münasibətlərini gücləndirən əyani nümunədir. Hökumətlərarası Komissiya və Regional Forumlar əməkdaşlığın daha da səmərəli inkişafına imkan yaradır, hüquqi bazanın gücləndirilməsi isə qarşılıqlı investisiya və ticarət imkanlarını genişləndirir. Cənab Prezidentin müsahibəsində qeyd olunduğu kimi, nəqliyyat, logistika və enerji sahələrində də əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutu, Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və beynəlxalq hava limanları Azərbaycanın tranzit imkanlarını artırır. Zəngəzur dəhlizinin açılması isə artıq bütün Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar yaradacaq. Energetika sahəsində SOCAR-ın ixrac və birgə müəssisələri regionun enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda, mədəni-humanitar sahədəki layihələr, idman tədbirləri və media forumları xalqlarımızın qarşılıqlı anlaşmasını və dostluğunu daha da möhkəmləndirir, Azərbaycan-Özbəkistan əlaqələrinin çoxşaxəli və davamlı xarakterini əyani şəkildə nümayiş etdirir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2025