Azərbaycan-Özbəkistan münasibətləri-türk birliyinə töhfədir - DEPUTAT
Tarix: 15-11-2025 | Saat: 22:05
Bölmə:Siyasət | çapa göndər

Ölkə başçısı cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, ölkələrimiz arasında müttəfiqlik və qardaşlıq münbasibətlərinə əsaslanan mühüm bəyanatlarla tarixi yaddaşımıza yazıldı. Əsrlər boyu qardaş olan xalqlarımızın bir-birinə olan dərin hörmət və rəğbəti onların ortaq köklərə, mənəvi dəyərlərə, dilə və etnik yaxınlığa, zəngin tarixi və mədəni irsə mənsub olmaları ilə izah olunur.
Ümumiyyətlə, Azərbaycan regionda yerləşən bütün ölkələrlə ən yuxarı səviyyədə əməkdaşlıq edir. Ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında qurulan ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı səfərlər, təmasların gündən-günə artması münasibətlərimizin yüksək səviyyəsinin bariz nümunəsidir.
İki ölkə arasında əməkdaşlıq təkcə, ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda da uğurla inkişaf edir. Belə ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləri kimi türk birliyinin möhkəmləndirilməsində də fəal iştirak edirlər. Eyni zamanda, əlaqələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir.
Ölkələrimiz arasında iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlıq da günü-gündən genişlənir. İndiyə kimi iqtisadi münasibətlərimizin daha uğurla inkişaf etdirilməsi üçün möhkəm hüquqi bazaya malik olan 200-ə yaxın sənəd imzalanıbdır. Bu qəbildən iqtisadi-ticari əməkdaşlığın dinamikasını misal göstərmək olar. Hazırda ölkəmizdə 120-ə yaxın Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçməklə iqtisadiyyatın müxtəlif sahələrində-sənayedə, kənd təsərrüfatında, tikintidə, nəqliyyat və xidmət sahələrində fəal iştirak edirlər.
2024-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları, 2025-ci ilin ilk 9 ayı ərzində isə həmin göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artmaqla, 319 milyon ABŞ dollarına çatıbdır. Eyni zamanda, indiyədək Özbəkistan ölkəmizin iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, Azərbaycan isə Özbəkistanın iqtisadiyyatına 183,5 milyon ABŞ dolları həcmində sərmayə qoyubdur.
2023-cü ildə ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də yaradılıbdır.
Bundan başqa, ölkə başçısı öz müsahibəsində iki ölkə arasında inkişaf edən nəqliyyat və logistika sahəsində olan əməkdaşlığı, xüsusilə də “Orta Dəhliz” Beynəlxalq Nəqliyyat layihəsində iştirakı əsas götürür. Belə ki, Azərbaycanda yaradılan müasir nəqliyyat qovşaqları, o cümlədən Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin qlobal nəqliyyat və logistika infrastrukturuna dair əyani nümunədir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə, bütün Mərkəzi Asiya ölkələrinə fayda verəcək mühüm layihə kimi qeyd olunur. Bu isə, öz növbəsində, regionun vahid bazara çevrilməsi, Avropa ilə Asiya arasında yeni enerji və ticarət əlaqələrinin yaradılması anlamına gətirib çıxarır. Həmçinin, ölkəmizin sözügedən regionda rolunun gücləndiyi, sadəcə tranzit ölkə kimi deyil, həm də mühüm strateji əhəmiyyətə malik olan dövlətə çevrildiyi fikirləri də cənab Prezident müsahibədə səsləndirir.
Müsahibədə ölkələrarası hava nəqliyyatının inkişafı, o cümlədən şəhərlərimiz arasında uçuşların intensivliyi, energetika sektorundakı əməkdaşlıq, yaşıl enerjinin inkişafı, mədəni və humanitar sahədə, media və qeyri-hökumət təşkilatları arasında olan dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi də prioritet istiqamətlər olaraq qalır.
Milli Məclisin deputatı
Rövşən Muradov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2025
14-11-2025