Ağdam – Qarabağın dirilən qəlbi
Tarix: 15-11-2025 | Saat: 11:49
Bölmə:Siyasət | çapa göndər

Ağdam – Azərbaycan tarixinin həm ağrılı, həm də ən şərəfli səhifələrindən biridir. Bir zamanlar dağıdılmış, yerlə-yeksan edilmiş bu şəhər bu gün azadlığın, milli iradənin, yenidən doğuluşun simvoluna çevrilib. Ağdamda bu gün həyat yenidən cücərir, sanki torpaq azadlığın nəfəsini duyur, insan nəfəsi ilə birləşir. Bu şəhərin hər daşında həm kədər, həm də qürur yazılıb. Bu, Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz birliyinin təcəssümüdür. Ağdam bu gün Qarabağın dirilən qəlbidir. Əlli min insanın yaşadığı, mədəniyyətin və sənətin beşiyi olan bir şəhər bir zamanlar dağıntılara çevrilmişdi. Amma Azərbaycan xalqı bu taleyə boyun əymədi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Ağdam da daxil olmaqla bütün Qarabağ torpaqları azad edildi. Bu azadlıq həm də ədalətin bərpası idi – haqqın, tarixin və millətin qələbəsi idi. Ağdamda bu gün quruculuq və yenidənqurma işləri bəşəri bir məna daşıyır. Burada atılan hər bir addım, salınan hər bina, çəkilən hər yol həm milli dirçəlişin, həm də dövlətin iqtisadi gücünün göstəricisidir. Ağdamda həyata keçirilən “ağıllı şəhər”, “yaşıl enerji” və ekoloji infrastruktur layihələri Azərbaycanın gələcəyə baxışının parlaq nümunəsidir.
Demək yerinə düşər ki, Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. “Ağdamın azad olunmasına görə” 2020-ci il noyabrın 26-da təsis edildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün Ağdamda həyatın bərpası təkcə tikintilərlə deyil, həm də ruhun dirçəlişi ilə ölçülür. İnsanlar bu torpaqlara qayıdır, gənclər burada yaşamaq, yaratmaq, gələcəyi qurmaq arzusu ilə yaşayır. Ağdamda salınan yeni məktəblər, mədəniyyət evləri, idman kompleksləri və sənaye parkları təkcə iqtisadi deyil, həm də sosial və mənəvi həyatın canlanmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin “Biz Ağdamı elə quracağıq ki, hər bir vətəndaş burada yaşamaqla fəxr etsin” sözləri bu gün gerçəkləşir. Bu şəhər Azərbaycanın gələcək inkişaf strategiyasının canlı nümunəsinə çevrilib – keçmişin yaralarını sağaldan, gələcəyə ümid bəxş edən şəhər kimi. Ağdamın yenidən qurulması həm də tarixi yaddaşın bərpasıdır. Burada bərpa edilən abidələr, məscidlər, parklar, qəhrəmanlıq muzeyləri millətin keçmişinə göstərilən ehtiramın təzahürüdür. “Ağdam Cümə Məscidi”nin bərpası, “Zəfər parkı”nın salınması, “Xurşidbanu Natəvan Mədəniyyət Mərkəzi”nin layihələndirilməsi kimi addımlar həm də milli-mənəvi dəyərlərin qorunması deməkdir. Ağdamın dirçəlişini seyr edən hər kəs burada yalnız binaların deyil, həm də bir xalqın iradəsinin ucaldığını görür. Bu, dağıntılar üzərində qurulan bir möcüzədir – azadlığın və birliyin möcüzəsi. Ağdam şəhər günü artıq bir bayrama çevrilib – azadlığın, qayıdışın, yenidənqurmanın və dövlətin qüdrətinin bayramına. Bu gün Ağdamda keçirilən tədbirlər, atılan addımlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, Azərbaycan təkcə torpaqlarını deyil, həm də öz ruhunu, milli kimliyini azad edib. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqı heç vaxt müstəqilliyini itirməyəcək” fikri bu gün Ağdamda gerçəkliyini tapır. Müstəqillik, ərazi bütövlüyü və dövlətçilik ideyaları bu torpaqda yenidən doğulur, xalqla dövlətin birliyi daha da möhkəmlənir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2025
14-11-2025