Mobil versiya
İcra orqanlarında fəaliyyət dövlətçiliyə sədaqət səviyyəsində təşkil olunacaq - DEPUTAT
Tarix: 14-11-2025 | Saat: 21:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

İcra orqanlarında fəaliyyət  dövlətçiliyə sədaqət səviyyəsində təşkil olunacaq

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra bütün dövlət təsisatları yaradıldı, dövlətçilik yeni formatda, yeni mahiyyətdə, yeni ideoloji amillərlə inkişaf etdirildi. Gənc dövlət dünya dövlətləri ilə ikitərəfi, çoxtərəfli münasibətlər yaratmaqla həm də iqtisadi münasibətləri dünyəvilik prinsiplərinə uyğunlaşdırdı.

Azərbaycanda icra aparatı sistemi yaradıldı və dövlətçilik baxımından təkmiləşdirilməyə başladı. Bu proses son 20 ildə daha geniş müstəvidə, daha həssaslıqla iqtidar-cəmiyyət münasibətlərini daha tezlikli əlaqələr formatında yaxınlaşdırmaqla davan etdirildi...

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etdi. Bu qəbul da dövlətçilik baxımından yeni tələblərin mahiyyəti haqqında kiçik miqyaslı dövlətçilik tədbiri kimi yadda qalacaq. Tədbirdə dövlət başçımız məmurun mənəvi keyfiyyətlərini xarakterizə edərək bildirdi ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Belə olarsa, həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparacaq ki, bizim ümumi işimizə heç bir irad tutulmayacaq. Dövlət başçımız bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olma faktlarının da baş verdiyini xatırladaraq bildirdi ki, “...heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Dövlət başçımız yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin öz həllini tapmasının zərurliyini də xatırladaraq qeyd etdi ki, əsas məsələ onların öz həllini tapmasıdır. “Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb”.

Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyətin böyük dərəcədə sağlamlaşdırıldığını bildirən Azərbaycan Respublikasının Przidenti cənab İlham Əliyev dedi: “… mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir”.
Bölgələrimizdə əsas infrastruktur layihələrinin başa çatdığını, magistral yolların tamamilə müasir standartlara cavab verdiyini, kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görüldüyünü, suvarma layihələrinin icra edildiyini, yeni su anbarlarının, su kanallarının tikintisinin, suvarma ilə bağlı vəziyyətin müsbətə doğru dəyişdiyini də nəzərə çatdıran dövlət başçımız dövlətçiliklə bağlı zəruri qeydlərini də, bu qeydləri rişələndiyi mənəvi amilləri də bidirərək dedi ki, “...mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız”.
Bu qəbul azərbaycan dövlətçiliyində şəffaflığın daha da yüksələcəyini, icra orqanlarında işin Azərbaycan dövlətçiliyinə sədaqət səviyyəsində təşkil olunacağına və aparılacağına inam yaratdı...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2025