Mobil versiya
Luvrdan oğurlanan xəzinələrin sığortasız olduğu aşkarlanıb
Tarix: 21-10-2025 | Saat: 22:17
Bölmə:Özəl | çapa göndər

Luvrdan oğurlanan xəzinələrin sığortasız olduğu aşkarlanıb
“Financial Times” Fransa Mədəniyyət Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, Fransa Luvrdan oğurlanmış zinət əşyaları sığorta olunmadığı üçün sığorta ödənişi almayacaq.
Bu sənədə əsasən, milli muzey eksponatları daimi ekspozisiya kimi fəaliyyət göstərən müntəzəm saxlanc yerində saxlandıqda, onların mühafizəsini və təhlükəsizliyini müstəqil şəkildə təmin edən, faktiki olaraq sığortaçı kimi çıxış edən dövlət tərəfindən mühafizə olunur.

Nəşrin məlumatına görə, tanınmış milli muzeylərin əksər kolleksiyaları, ilk növbədə, Leonardo da Vinçinin “Mona Liza”sı və ya “Tanisin Böyük Sfinksi” kimi bir çox nadir sənət əsərlərinin qiymətləndirilməsinin mümkünsüzlüyü səbəbindən çox vaxt sığortasız qalır.

Xatırladaq ki, oktyabrın 19-da Fransanın ən məşhur muzeyində oğurluq hadisəsi baş verib. Özlərini işçi kimi təqdim edən 4 oğru xüsusi liftdən istifadə edərək Luvr muzeyinə daxil olub. Yeddi dəqiqə ərzində oğrular Apollon Qalereyasında bir neçə vitrinə soxulub, doqquz zinət əşyası oğurlayıb və iki motosikletlə hadisə yerindən qaçıblar. Zinət əşyaları arasında boyunbağı, broşlar, tiara və III Napoleonun arvadının 1354 brilyantla bəzədilmiş tacı olub və oğrular hadisə yerindən qaçarkən onları yerə atıblar.

Oğruların və ya oğurlanmış əşyaların heç biri hələ də tapılmayıb. Polis axtarış aparır, lakin hələlik heç bir ciddi nəticə əldə olunmayıb. Müstəntiqlər oğurluqda peşəkarların iştirak etdiyi nəzəriyyəsinə meyl edirlər. Fransa prezidenti Emmanuel Makron Luvrdan oğurlanan zinət əşyalarının geri qaytarılacağını bəyan edib. Dövlət başçısı muzeydəki oğurluğu respublikanın “tarixi irsinə” hücum kimi qiymətləndirib, ədliyyə naziri Gerald Darmanin isə “Fransa imicinə ciddi ziyan vurub” deməyə qədər gedib.

Luvr hadisəsi tək deyil. Fransa son vaxtlar zərgərlik və qızıl oğurluğu dalğası ilə üzləşib. Sentyabrın 16-da Parisdəki Milli Təbiət Tarixi Muzeyindən qızıl külçələr oğurlanıb. Çin vətəndaşı olan şübhəli 15 gün sonra Avropa həbs qərarı ilə Barselonada saxlanılıb. İspaniya səlahiyyətliləri tezliklə onu Fransaya ekstradisiya etdilər, o, hazırda həbsdə saxlanılaraq məhkəməni gözləyir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2025