Bu, tarixdir
Tarix: 21-10-2025 | Saat: 19:24
Bölmə:Siyasət | çapa göndər

Dövlətlərarası münasibətlər qarşılıqlı etimada, ehtirama əsaslananda daha geniş miqyasda möhkəmlənir. Son illər Azərbaycanla Qazaxıstan arasında münasibətlər bu tezis baxımından xarakterizə edilməlidir. Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərinə Qazaxıstan da öz töhfəsini verib. Belə ki, Qazaxıstan Füzulidə Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibəsində Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha səmimiliklə möhkəmləndiyini, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana 4 dəfə səfər etdiyini, 20 il əvvəl Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandığını, bu iki dövlət arasında Ali Dövlətlərarası Şuranın fəaliyyət göstərdiyini, Azərbaycanla Qazaxıstan arasında investisiya əməkdaşlığının möhkəmləndiyini, ... diqqətə çatdıraraq dedi: “Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb”.
Mədəniyyətlərarası münasibətlərin başlıca mahiyyəti dövlətlərarası münasibətlər deməkdir. Qazaxıstanla Azərbaycan arasında belə münasibətlər çox qədim tarixə malikdir, qarşılıqlı ehtiram və sevgi əsasında davam etməkdədir. Qazxıstanın “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyində böyük heyətlə iştirakı, Oljas Süleymanovun 1990-ci ilin yanvar faciəsində Azərbaycan gəlişi, onun “Az i Ya” kitabının Azərbaycanda tərcümə edilməsi və tirjlanması, ... ədəbiyyatlararası və mədəniyyətlərarası qardaşlığın ifadəsi kimi tarixləşdi. Xalqlarımızı çoxəsirlik tarixin, mədəniyyətin, dinin, ortaq dəyərlərin birləşdirdiyini bildirən dövlət başçımız dedi ki, “Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə tarixi dostluğa, qardaşlığa səmimi münasibətin, bu münasibətə yeni yanaşmanın ifadəsidir. Bu, tarixdir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər