Mobil versiya
Tokayev İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib
Tarix: 21-10-2025 | Saat: 13:02
Bölmə:Siyasət | çapa göndər

Tokayev İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib.

aia.az xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub. Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”.

Kasım-Jomart Tokayev onu da qeyd edib ki, müasir Azərbaycanın bütün nəzərəçarpan nailiyyətləri Prezident İlham Əliyevin qurucu, güclü liderliyi ilə ayrılmaz şəkildə bağlıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2025