Mobil versiya
Ağ Ev yaxın vaxtlarda Tramp-Putin sammitinin gözlənilmədiyini açıqlayıb
Tarix: 21-10-2025 | Saat: 21:50
Bölmə:Özəl | çapa göndər

Ağ Ev yaxın vaxtlarda Tramp-Putin sammitinin gözlənilmədiyini açıqlayıb
Ağ Ev ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında yaxın gələcəkdə sammitin gözlənilmədiyini açıqlayıb.
Ağ Ev rəsmisi iki həftə ərzində Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi gözlənilən Tramp-Putin zirvəsi ilə bağlı Anadolu Agentliyinin (AA) müxbirinə yazılı açıqlama verib.

ABŞ rəsmisi bildirib ki, "Xarici işlər naziri (Marko) Rubio və Rusiya xarici işlər naziri (Sergey) Lavrovun məhsuldar görüşü olub. İki nazir arasında əlavə təkbətək görüşə ehtiyac olmayacaq və prezident Trampın yaxın vaxtlarda prezident Putinlə görüşü nəzərdə tutulmayıb".


Ötən həftə ABŞ prezidenti Tramp Rusiya-Ukrayna müharibəsinin sona çatmasına kömək etmək üçün Budapeştdə Rusiya prezidenti Putinlə görüşəcəyini açıqlamışdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2025