Atəşkəs rejimini pozan İsraildə Avropa Liqasının basketbol oyunlarının keçirilməsi təklifi gəlib
Tarix: 21-10-2025 | Saat: 22:04
Bölmə:Özəl | çapa göndər

Qəzzada atəşkəs rejimini pozan İsraildə dekabrın 1-dən başlayaraq basketbol üzrə Avropa Liqası və Avropa kuboku oyunlarının keçirilməsi təklifi ilə bağlı razılıq əldə olunub.
Avropa Liqası, "Uzun sürən danışıqlardan sonra, Avropa Liqasının Kommersiya Aktivləri (ECA) üzvü olan klublar, İsraildə matçların bərpası üçün 1 dekabr 2025-ci il tarixinə təyin edilməsi təklifi ilə bağlı razılığa gəldilər" deyən bəyanat yayıb.
Bəyanatın davamı olaraq, "ECA-ya üzv klublar bir müddət əvvəl elan edilmiş atəşkəs və sülh təşəbbüslərindən sonra İsrail və Qəzzada mövcud vəziyyəti müzakirə etmək üçün bir araya gəldilər. İclasda həmçinin 2023-cü ilin oktyabr ayından neytral məkanlara köçürülmüş Avropa Liqası və BKT Avropa Kuboku oyunlarının İsraildə təkrar oynanılmasının mümkünlüyü müzakirə edildi".
Açıqlamada bildirilir ki, ECA üzvü olan klublar İsraildə oyunların bərpası üçün dekabrın 1-nə təyin edilməsi təklifi ilə bağlı razılığa gəliblər. "O vaxta qədər Avroliqa hadisələri diqqətlə izləməyə və yerli və xarici hakimiyyət orqanları, səfər edən komandalar və bütün aidiyyatı təşkilatlarla sıx əlaqə saxlamağa davam edəcək, bununla əlaqədar hər kəsin təhlükəsizliyi və rifahının əsas prioritet olaraq qalmasını təmin edəcək", - bəyanatda deyilir.
"Avroliqa və onun iştirakçı klubları bu yaxınlarda elan edilmiş sülh planını nikbinliklə və ümidlə alqışlayır. Avroliqa basketbolun insanları və icmaları bir araya gətirmək gücünə inamını və idman, hörmət və birlik kimi ortaq dəyərlər vasitəsilə sülhə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir."
Sülh planına baxmayaraq, İsrail Qəzzada atəşkəsi bir neçə dəfə pozub.
aia.az
tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər