Almaniya hökumətindən İMTİNA
Tarix: 21-10-2025 | Saat: 20:46
Bölmə:Özəl | çapa göndər

Hannover Böyükşəhər Bələdiyyəsinin Qəzzadan 20 xəstə və yaralı uşağı qəbul etmək təklifi Almaniya hökumətinin rədd edilməsi ilə qarşılanıb.Yaşıllar Partiyasının üzvü olan Hannover Bələdiyyə Başçısı Belit Onay verdiyi açıqlamada Daxili İşlər Nazirliyinin bu qərarından çox kədərləndiyini və bunun mənasını verə bilmədiyini bildirib.
Sosial Demokrat Partiyasının üzvü Steffen Krach Qəzzada 16 mindən çox insanın xaricdə qayğıya ehtiyacı olduğunu ifadə edərək, "Bu yardıma ən çox ehtiyacı olanlara, yəni uşaqlara verilməməsi qəddarlıqdır" dedi.
Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyi Qəzzada vəziyyətin "çox qarışıq və gözlənilməz" olaraq davam etməsini və qayğıya ehtiyacı olan 20 uşağın ölkəyə gətirilməsinə icazənin verilməməsinə səbəb kimi mürəkkəb prosedurları göstərib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər