Ana Sayfa > İqtisadiyyat > Türkiyədə inflyasiya 33%-i ötüb
Türkiyədə inflyasiya 33%-i ötübBu gün, 12:09. Yazar: sevinc1 |
![]() Türkiyədə illik inflyasiya yüksəlib. aia.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin sentyabr ayında illik inflyasiya 33.29% təşkil edib. Avqust ayında bu rəqəm 32.95% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 3.23% artıb. Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 36.06%, nəqliyyatda 25.30%, mənzillərdə isə 51.36% artım müşahidə olunub. Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək həddi – 85,5% səviyyəsinə çatıb. Ötən il ən yüksək göstərici (75,45%) may ayında, bu il isə yanvar ayında (42,12%) qeydə alınıb. aia.az Geri dön |