Mobil versiya
ABŞ-ın Nyu-York şəhərindəki La Guardia hava limanında iki sərnişin təyyarəsi toqquşub
Tarix: 02-10-2025 | Saat: 19:02
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın Nyu-York şəhərindəki La Guardia hava limanında iki sərnişin təyyarəsi toqquşub

ABŞ-ın Nyu-York şəhərindəki La Guardia hava limanında “Delta Air Lines” şirkətinə məxsus “Endeavour Air” şirkətinə məxsus iki sərnişin təyyarəsi uçuş zamanı toqquşub.
Delta Air Lines, iki Delta təyyarəsinin La Guardia hava limanında hərəkət edərkən toqquşduğunu söylədi.

Açıqlamaya görə, gecə saatlarında baş verən hadisədə Şimali Karolinaya uçuşdan qayıdan təyyarə ilə Virciniyaya uçmaq üçün uçuş-enmə zolağına doğru hərəkət edən eyni aviaşirkətin başqa bir təyyarəsi toqquşub və qanad sahəsinə böyük ziyan dəyib.


Qəza nəticəsində bir stüardessa yüngül xəsarət alıb.

Aviaşirkət sərnişinlərindən üzr istəyib və araşdırmaya başlanıldığını açıqlayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, qəzanın səbəbinin pilotların yoldan kənar qaydalara və FAA-nın təlimatlarına əməl etməmələri olduğu vurğulanıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025