Mobil versiya
3 oktyabr 1993 – Azərbaycan xalqının xilası və müstəqilliyimizin əbədiliyi
Tarix: 02-10-2025 | Saat: 17:02
Bölmə:Siyasət | çapa göndər

3 oktyabr 1993 – Azərbaycan xalqının xilası və müstəqilliyimizin əbədiliyi

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqın taleyini dəyişir, dövlətin gələcəyini müəyyən edir. 1993-cü ilin 3 oktyabrı məhz belə günlərdən biridir. Həmin gün xalqın müdrik iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim sadəcə bir siyasi hadisə deyildi, bu, dövlətimizin dağılmaq təhlükəsindən qurtuluşu, müstəqilliyimizin möhkəmləndirilməsi, gələcək inkişaf yolunun başlanğıcı idi.

1990-cı illərin əvvəllərində ölkə ağır böhran və xaos içində idi. Dövlət idarəçiliyi iflic olmuşdu, iqtisadi həyat dağılmış, torpaqlarımız işğal olunmuş, xalqın inamı sarsılmışdı. Vətəndaş qarşıdurması təhlükəsi, anarxiya və parçalanma prosesi Azərbaycanı uçuruma sürükləyirdi. Məhz belə bir taleyüklü məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskar lider kimi Azərbaycanı fəlakətdən xilas etdi.
3 oktyabr seçkilərində xalq öz xilaskarına böyük etimad göstərdi. Bu etimadla Heydər Əliyev Prezident seçildi və ölkənin gələcək taleyi etibarlı əllərə tapşırıldı. O, qısa müddətdə dövlət idarəçiliyini möhkəmləndirdi, sabitlik yaratdı, ordu quruculuğunu başlatdı, xalqın birliyini bərpa etdi. Azərbaycanın gələcək inkişafını təmin edən neft strategiyası hazırlanaraq "Əsrin müqaviləsi" imzalandı.
Bu gün müstəqil Azərbaycanın gücü, inkişafı, beynəlxalq aləmdə qazandığı mövqe məhz o tarixi seçimin bəhrəsidir. 3 oktyabr 1993-cü ildə xalq öz xilaskar liderinə səs verməklə müstəqilliyimizi əbədi etdi, dövlətimizi möhkəmləndirdi və gələcəyimizi təmin etdi.

Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixində yeni bir dövr başlandı – sabitliyin, inkişafın, tərəqqinin və güclü dövlətçilik ənənələrinin möhtəşəm dövrü.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025