Ana Sayfa > Özəl > ABŞ-ın Nyu-York şəhərindəki La Guardia hava limanında iki sərnişin təyyarəsi toqquşub
ABŞ-ın Nyu-York şəhərindəki La Guardia hava limanında iki sərnişin təyyarəsi toqquşubBu gün, 19:02. Yazar: sevinc1 |
![]() ABŞ-ın Nyu-York şəhərindəki La Guardia hava limanında “Delta Air Lines” şirkətinə məxsus “Endeavour Air” şirkətinə məxsus iki sərnişin təyyarəsi uçuş zamanı toqquşub. Delta Air Lines, iki Delta təyyarəsinin La Guardia hava limanında hərəkət edərkən toqquşduğunu söylədi. Açıqlamaya görə, gecə saatlarında baş verən hadisədə Şimali Karolinaya uçuşdan qayıdan təyyarə ilə Virciniyaya uçmaq üçün uçuş-enmə zolağına doğru hərəkət edən eyni aviaşirkətin başqa bir təyyarəsi toqquşub və qanad sahəsinə böyük ziyan dəyib. Qəza nəticəsində bir stüardessa yüngül xəsarət alıb. Aviaşirkət sərnişinlərindən üzr istəyib və araşdırmaya başlanıldığını açıqlayıb. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, qəzanın səbəbinin pilotların yoldan kənar qaydalara və FAA-nın təlimatlarına əməl etməmələri olduğu vurğulanıb. aia.az Tərcümə şöbəsi Geri dön |