Mobil versiya
Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq
Tarix: 02-10-2025 | Saat: 18:57
Bölmə:İdman | çapa göndər

Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq

Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.

aia.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda futbol oyunu keçirilib. Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.

“Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”, - deyə nazir əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025