Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk.
Tarix: 21-05-2025 | Saat: 16:34
Bölmə:Özəl | çapa göndər

Azərbaycan ilə Macarıstan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir. Hər iki ölkə ortaq dəyərlərə, tarixi və mədəni oxşarlıqlara, suverenliyə və milli maraqlara əsaslanan xarici siyasət yürüdür. Prezident İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi görüş zamanı qeyd etdiyi kimi, Azərbaycan və Macarıstan yalnız enerji sahəsində deyil, bir çox başqa istiqamətlərdə də etibarlı dost və tərəfdaş olaraq fəaliyyət göstərir.
Əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadiyyat və investisiya sahəsidir. Macarıstan şirkətləri Azərbaycanın nəhəng enerji layihələrində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidirlər. Bu, iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı inamı nümayiş etdirir. Eyni zamanda, gələcəkdə Macarıstan şirkətləri Azərbaycanın qurudakı neft yataqlarında da fəaliyyət göstərəcək. Bu layihələr həm iqtisadi dividentlər, həm də siyasi sabitlik baxımından iki ölkə üçün əhəmiyyətlidir.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi diqqətə layiqdir. Azərbaycanın Avropa üçün etibarlı qaz təchizatçısı kimi rolu təkcə iqtisadi yox, həm də geosiyasi əhəmiyyət kəsb edir. Macarıstan Azərbaycanın təbii qaz ixrac etdiyi Avropa İttifaqı ölkələrindən biridir və bu əlaqə hər iki ölkənin enerji təhlükəsizliyi gündəmində strateji yer tutur. Gələcəkdə yaşıl enerji sahəsində əməkdaşlıq da genişlənəcək, çünki Azərbaycan yaxın beş ildə 6000 MVt gücündə yaşıl enerji istehsalını hədəfləyir ki, bu da əlavə qaz ehtiyatlarının Avropaya ixracına imkan yaradacaq.
Təhsil, mədəniyyət, turizm və gənclər siyasəti sahələrində də əməkdaşlıq genişlənməkdədir. Azərbaycanlı tələbələr Macarıstanın nüfuzlu universitetlərində təhsil alır, eyni zamanda iki ölkə arasında mədəni tədbirlər, sərgilər və forumlar təşkil edilir. Bu, xalqlar arasında anlaşmanı və qarşılıqlı hörməti daha da gücləndirməkdədir.
Siyasi sahədə Macarıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi qətiyyətli dəstək xüsusi dəyərləndirilir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu ilə fəal iştirakı, Şuşada və Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşlərinə ev sahibliyi etməsi, ölkənin türk dünyası ilə əlaqələrə verdiyi önəmi göstərir. Bu isə həm Azərbaycanın, həm də Macarıstanın ortaq tarixi köklərə və gələcəyə dair vizyona malik olduqlarını nümayiş etdirir.
Bütün bu sahələrdə həyata keçirilən birgə fəaliyyətlər Azərbaycanın və Macarıstanın dostluq münasibətlərini strateji müttəfiqliyə çevirmişdir. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun sabitliyinə, enerji təhlükəsizliyinə və beynəlxalq dialoqun gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dostluq və tərəfdaşlıq modeli gələcəkdə də hər iki ölkənin milli maraqlarına uyğun şəkildə inkişaf etdiriləcək.
Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-05-2025