Mobil versiya
Gədəbəydə 28 May Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir -Fotolar
Tarix: 21-05-2025 | Saat: 17:45
Bölmə:Özəl | çapa göndər

Gədəbəydə 28 May Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

Mayın 21-də Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Böyük Qaramurad, Dəyirmandağ, Çiçəkli, Alnabat və Arıqıran kənd ərazi partiya təşkilatlarında “28 May Müstəqillik Günü - ölkəmizin tarixinin şanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib.

aia.az xəbər verir ki, ilk öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında o dövrdə qazanılan müstəqilliyin tarixi əhəmiyyətindən danışdılar. Bildirildi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olmuşdur.Azərbaycanın bütövlüyünü təmin etmək və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Lakin qazanılan bu uğurlar uzun çəkmədi.XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır.Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın müstəqilliyinin əbədi xarakter aldığını qeyd ediblər. Bildirilib ki, sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb siyasi proseslər və keşməkeşli tarixi hadisələr yaşansa da, məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan öz müstəqilliyini qorudu və əbədiləşdirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan beynəlxalq nüfuzu gündən-günə daha da güclənən qüdrətli dövlətə çevrilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025