Mobil versiya
Ankarada Qərbi Azərbaycana həsr edilmiş beynəlxalq konfrans keçirilib
Tarix: 21-05-2025 | Saat: 19:44
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Qərbi Azərbaycan | çapa göndər

Ankarada Qərbi Azərbaycana həsr edilmiş  beynəlxalq konfrans keçirilib

Mayın 21-də Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransa Azərbaycan və Türkiyədən 250-dən çox iştirakçı qatılıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Konfrans çıxışlarla davam etdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025