Mobil versiya
Baydenin yaşamaq üçün nə qədər vaxt qalıb?
Tarix: 21-05-2025 | Saat: 21:07
Bölmə:Özəl | çapa göndər

Baydenin yaşamaq üçün nə qədər vaxt qalıb?

Ağ Evin keçmiş həkimi və Respublikaçı konqresmen Ronni Cekson əvvəllər xərçəng diaqnozu qoyulmuş ABŞ-ın keçmiş prezidenti Co Baydenin nə qədər ömrünün qaldığı barədə spekulyasiya edib. RİA Novosti bu barədə Washington Free Beacon-a istinadən xəbər verir.Cekson, hazırkı diaqnozu ilə Baydenin 12-18 ay ömrünün ola biləcəyini söylədi. Həkim əlavə etdi ki, bu cür xəstəliklərin sahəsi onun ixtisası deyil, lakin o, “bir çox uroloqlarla danışıb”.

"Bu, mənim ixtisasım deyil, amma bu ortaya çıxandan bəri çoxlu uroloqlarla danışmışam və yekdil rəyə görə, onun 12-18 ayı qala bilər. Ümid edirəm ki, daha çox vaxt olacaq və inanıram ki, onlar bu xəstəliyi effektiv şəkildə müalicə edə biləcəklər və bilirsiniz ki, o, daha uzun illər yaşayacaq."
Baydenə əvvəllər prostat xərçənginin aqressiv forması diaqnozu qoyulmuşdu.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025